Putin BƏƏ liderinə təşəkkür edib

Rusiya prezidenti Vladimir Putin BƏƏ lideri Məhəmməd bin Zayed Əl Nəhyana rus hərbçilərinin mübadiləsini asanlaşdırdığına görə təşəkkür edib.

Azpost.info xəbər verir ki, dövlət başçıları Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüş keçirib.

“Ukrayna istiqamətində məhbusların mübadiləsində və bu qəbildən olan bir sıra digər məsələlərin həlli istiqamətində göstərdiyiniz səylərə görə sizə təşəkkür etmək istərdim. Bu, konkret insanlar üçün vacibdir və bu, həmişə ən vacib olanıdır”, – Putin bildirib.

O qeyd edib ki, BƏƏ Rusiya üçün yaxşı və etibarlı tərəfdaş olaraq qalır.

Məhammed bin Zayed Al Nahyan da öz növbəsində Putini dost adlandırıb.

Azpost.info

Əvvəlki məqalə

“Uşaqlığın son gecəsi”ndə qalan “Rüfət”, “Qaya”nın yaradıcısı –

Sonrakı məqalə

Tanınmış şair, AZTV-nin sabiq sədri Məmməd İsmayıl əməliyyat olunub