Pakistanda Aşura mərasimi zamanı partlayış baş verib

19 Avqust 2021 - 15:33

Pakistanın Bahavalnaqar şəhərində partlayış nəticəsində azı üç nəfər həlak olub, 50 nəfər yaralanıb.

Hadisə Aşura mərasimi zamanı baş verib. Yerli müsəlman icmasının lideri Xavar Şafkat partlayış faktını təsdiqləyib, lakin təfərrüatları açıqlamayıb.

Şahidlərin sözlərinə görə, hazırda şəhərdə gərginlik yaşanır, şiələr hücumu qınayaraq qisas tələb edirlər. Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb olunub. Təhqiqat aparılır.