Pakistanda qatar qəzasında ölənlərin sayı 50-yə çatıb –

100-dək yaralı var
07 İyun 2021 - 14:25

Pakistanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı artıb.

Yerli ARY News telekanalı xəbər verir ki, ölənlərin sayı 50-yə çatıb, 70 nəfər yaralanıb.

Geo TV isə yaralı sayının 100-dək olduğunu açıqlayıb.

Qəza ölkənin cənubunda Sind əyalətindəki Qotka şəhəri ərazisində baş verib. Qatarlardan biri relsdən çıxıb, bundan sonra ikinci qatar ona çırpılıb. Polis rəsmisi əlavə edib ki, yerli sakinlər, xilasedicilər və polis yaralı sərnişinləri və ölənlərin cəsədlərini yaxınlıqdakı xəstəxanalara aparır.

Hadisə zamanı 14 vaqon aşıb, onlardan səkkizi isə tamamilə məhv olub.(APA)