Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazirlər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.

Nazirlər, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pakistanda qatar qəzasında ölənlərin sayı 50-yə çatıb –

Sonrakı məqalə

Jurnalist təşkilatları Niyaz Niftiyevlə bağlı Baş Prokurora müraciət etdi