Pakistanda zəlzələ olub, 15 nəfər ölüb

07 Oktyabr 2021 - 07:52

Pakistanda 5,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti (USGS) məlumat yayıb.

Məlumata görə, zəlzələ Qrinviç vaxtı ilə saat 22:01-də (Bakı vaxtı ilə saat 02:01) qeydə alınıb. Yeraltı təkanların episentri Harnai şəhərindən 14 kilometr şimal-şərqdə, ocağı isə 20,8 kilometr dərinlikdə yerləşib.

Pakistanın Bəlucistan əyalətində baş verən zəlzələ nəticəsində azı 15 nəfər ölüb.

Bu barədə “France Presse Agence” məlumat yayıb.