Türkiyənin xarici işlər naziri bu gün Ukraynaya gedəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun oktyabrın 7-8-də Ukraynaya işgüzar səfəri olacaq.

Türkiyəli diplomatın səfəri Ukrayna xarici işlər naziri Dmitry Kulebanın dəvəti ilə Lvovda baş tutacaq.

Səfər çərçivəsində Türkiyə-Ukrayna Birgə Strateji Əməkdaşlıq Qrupunun 9-cu iclası keçiriləcək. Nazirlər, həmçinin ikitərəfli əməkdaşlığın perspektivləri, Qara dəniz regionunda təhlükəsizliyin qorunması məsələləri müzakirə ediləcək.

Bundan başqa nazirlər Türkiyə-Ukrayna Biznes Forumunda iştirak edəcəklər. Mövlud Çavuşoğlu İ.Franko adına Lvov Milli Universitetində təşkil olunan beynəlxalq konfransda çıxış edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Fəryad-2” filmindən GÖRÜNTÜLƏR –

Sonrakı məqalə

Pakistanda zəlzələ olub, 15 nəfər ölüb