Benazir Bhuttonun həyat yoldaşı Pakistan prezidenti seçilib

Pakistan Xalq Partiyasının həmsədri Asif Əli Zərdari Pakistanın prezidenti seçilib.

Azpost.info xəbər verir ki, bu barədə Pakistanın Seçki Komissiyası bildirib.

Zərdari prezident seçkilərində seçicilər kollegiyasının 411 səsini toplayıb. Onun rəqibi Mahmud Xan Açakzai 181 səs toplayıb.

Prezident seçkiləri martın 9-da keçirilib. Pakistan Konstitusiyasına uyğun olaraq, onlar parlament seçkilərindən bir ay sonra və ya hazırkı dövlət başçısının prezidentlik müddətinin bitməsinə bir ay qalmış keçirilir.

Asif Əli Zərdari sui-qəsd nəticəsində həyatını itirən ölkənin keçmiş baş naziri Bənazir Bhuttonun həyat yoldaşıdır.

Asif Əli Zərdari bir dəfə Pakistan prezidenti olub. Onun prezident səlahiyyət müddəti 2013-cü il sentyabrın 5-də başa çatlb.

Azpost.info

Əvvəlki məqalə

Ruslan İzzətli 4 ay müddətinə həbs olundu

Sonrakı məqalə

Şeyxülislam islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransın iştirakçıları ilə görüşüb