“Pandemiyadan sonra dünya daha təhlükəli olacaq” –Avropa Birliyinin ali nümayəndəsi

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell pandemiyadan sonra dünyanın daha da təhlükəli olacağı barədə xəbərdarlıq edib.

TASS  xəbər verir ki, Borrell koronavirusun beynəlxalq arenadakı bütün parametrləri dəyişdirdiyini bildirib. Onun sözlərinə görə, pandemiyadan sonra həyat “gərginlik və münaqişələr üzündən daha gərgin, daha təhlükəli” olacaq.

“Bir pandemiyanı yaşayırıq, ancaq yeniləri də ola bilər”, – AB diplomatiyasının rəhbəri belə deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Toyda COVID pasportu olmadan rəqs edən qonaqların cəriməsini kim ödəməlidir? –

Sonrakı məqalə

DTX-nın həbs etdiyi Dövlət Xidmətinin sabiq rəisinin məhkəməsi başlanır