“Pandemiyaya qarşı hamı mübarizə aparmalıdır” –Əməkdar artistdən çağırış

“Karantin rejimi qaydalarına əməl etməklə özümüzün və yaxınlarımızın sağlamlığını düşünək. Bu gün bəşəriyyət COVİD-19 pandemiyası ilə mübarizə aparır. Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə pandemiyaya qarşı aparılan tədbirlər hər bir vətəndaşın sağlamlığının qorunmasını xidmət edir.

Bu fikirləri Azərbaycan Respublikasının Əməkdar artisti, Dövlət Mədəniyyət və İncəsənət Universitetinim muğam sənəti kafedrasının müəllimi, AMEA-nin doktorantı Ruzə İbişova deyib. O, bildirib ki, pandemiyaya qarşı hamı mübarizə aparmalıdır: «Hələ də xəstəxanalarda insanlar vürusla mübarizə aparır. Həyatlarını risk altında qoyan həkimlərimiz yorulmadan vətəndaşlarımıza yardım edir. Mən müəllim yoldaşlarımıza, tələbələrimizə, mədəniyyət və incəsənət xadimlərinə evdə qalmağı tövsiyyə edirəm. Əgər verilən qərarlara riayət etsək, özümüzün və yaxınlarımızın sağlamlığını düşünsək, pandemiyaya qarşı mübarizədə qalib gələrik”.

Əməkdar artist sosial məsafəyə və şəxsi gigiyena qaydalarına əməl etməyə çağırıb: “Hamını dövlət tərəfindən həyata keçirilən tədbirlırə yaxından dəstək olmağa səsləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“DİN vətəndaş məmnunluğuna önəm verir” –

Sonrakı məqalə

Ceff Bezosun sərvəti rekord səviyyəyə çatıb