Paris Olimpiya Oyunları zamanı Ukraynada atəşkəs elan olunacaq?

Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov Fransa prezidenti Emmanuel Makronun Paris Olimpiya Oyunları zamanı Ukraynada atəşkəs elan oluna biləcəyi ilə bağlı sözlərini təkzib edib.

Azpost.info xəbər verir ki, o əlavə edib ki, bu cür söhbətləri qəribə hesab edir.

“Dövlət səviyyəsində bu mövzuda heç bir dialoqumuz olmadığı halda, Olimpiya barışığı haqqında eşitmək çox qəribədir”, – səfir bildirib.

Daha əvvəl məlumat yayılmışdı ki, Makron 2024-cü il iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Olimpiya Oyunları müddətində atəşkəs təklif etmək qərarına gəlib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.