“Partiyanın fəaliyyətini yox idi, heç bir fəaliyyət göstərmirdi”.
Bu sözləri Azpost.info-ya politoloq Zərdüşt Əlizadə təsisçisi və bir müddət həmsədri olduğu Azərbaycan Sosial Demokrat Partiyasının fəaliyyətini dayandırmasına münasibət bildirərkən deyib.
Zərdüşt Əlizadə qeyd edib ki, uzun müddət partiya ilə əlaqəsi olmayıb. “Mən o partiyadan 2000-ci ildə istefa vermişəm. 23 ildir heç bir əlaqəm yoxdur. Gördülər təşkilat ölüb, ölü partiyaya çevrilib, aparıb basdırdılar”, – deyə politoloq bildirib.
ASDP 1989-cu ildə keçmiş prezident Ayaz Mütəllibov və Zərdüşt Əlizadə tərəfindən təsis edilib. 2012-ci ilə qədər partiyada həmsədrlik institutu olub. Həmin ildən isə ASDP-yə Araz Əlizadə rəhbərlik edib. O, ötən ilin oktyabrında dünyasını dəyişib. Abbas