Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Partladılmış SES-in bərpası mümkün deyil –

User 06 İyun 2023 - 11:08 (Last updated: 21 May 2025 - 20:15)
kakovskaya SES

Rusiya Ukraynaya təzyiq göstərmək üçün Kaxovskaya su elektrik stansiyasını partladıb.

Azpost.info bildirir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birləşmiş mətbuat mərkəzinin rəhbəri Nataliya Qumenyuk “United News” telemarafonunun efirində bildirib.

“Ruslar strukturun bir hissəsini partladıblar. Onlar müdafiə qüvvələrinə təzyiq etmək, bütövlükdə Ukraynaya təzyiq göstərmək üçün texnogen şantaj kartından istifadə edirlər. Əks-hücumun olacağı yerdə daha gözləməyə gücləri çatmır. Bu yolla təhrik etməyə çalışırlar”, – deyə Qumenyuk bildirib.

Onun dediyinə görə, nə etdiklərini anlayan işğalçılar özləri də təxliyə olunur: “Çünki bu dağıntıdan ilk növbədə Dnepr çayının sol sahili əziyyət çəkir. Çünki o, coğrafi baxımdan daha aşağıdır və müvafiq olaraq suyun birinci hissəsi – əsas daşqın ora düşəcək”, – Qumenyuk izah edib.

İşğalçılar tərəfindən partladılmış Kaxovskaya SES-i əvvəlki formada bərpa etmək mümkün deyil. Bu barədə “Ukrhidroenerqo” məlumat yayıb: “Maşın otağının içəridən partlaması nəticəsində Kaxovskaya SES tamamilə dağılıb. Stansiyanı bərpa etmək mümkün deyil”, – məlumatda deyilir.

“Ukrhidroenerqo” vəziyyəti təhlil edir, mütəxəssislər dağıntının miqyasını, suyun sürətini və həcmini dəqiqləşdirməyə çalışırlar.

Həmçinin Kaxovskaya su elektrik stansiyasının bəndinin partlaması ilə əlaqədar təxliyə qatarları  işə salınıb.

TASS-ın Rusiya fövqəladə hallar xidmətindəki mənbəsi bildirib ki, ilkin məlumata görə, Kaxovskaya SES-in 28 aşırımından 11-i dağılıb. Onun sözlərinə görə, 80 yaşayış məntəqəsi sel zonasına düşə bilər.

 

Azpost.info

 

 

Post navigation

Previous: Qırğızıstanda dövlət çevrilişi hazırlayan dəstənin 30 üzvü saxlanılıb
Next: ABŞ-dan Türkiyəyə “Boeing” qadağası

Oxşar xəbərlər

melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
tramp cixis
  • Dünya

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

User 23 Oktyabr 2026 - 14:08
piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49

xƏBƏR

melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiyaya və Ukraynaya müraciəti nəticəsində Ukraynanın Oleşki şəhərində lokal atəşkəs barədə razılaşma...
Read more about Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
Gülmək sağlamlığa necə təsir edir? gulus
  • Maraqlı

Gülmək sağlamlığa necə təsir edir?

User 23 Oktyabr 2026 - 16:36
Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.