“Millətimiz İstanbuldakı hadisəni törədənlərin layiq olduqları şəkildə cəzalandırılacağından əmin olsunlar”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hava limanında keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Türkiyə dövlətinin aidiyyəti qurumları bu hücumu törədənləri, onun arxasında duranları aşkara çıxarmaq üçün fəaliyyətini davam etdirir.