İstanbulda partlayışda 6 nəfər ölüb, 53 yaralı var –TV və saytlara yayım qadağan edildi /YENİLƏNİB

İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 53 nəfər yaralanıb.

Azpost.info bildirir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya açıqlama verib.

Onun sözlərinə görə, yaralılara tibbi yardım göstərilir. İstanbul Cumhuriyyət prokurorluğu cinayət işi açıb. İşi araşdırmaq üçün 5 müstəntiq ayrılıb.

Bundan başqa partlayışla bağlı xəbər saytlarında və sosial şəbəkələrdə yayım qadağası qoyulub.

RTÜK telekanallara müraciət edərək partlayış yerindən yayının qadağan edildiyini bəyan edib.

 

 

Əvvəlki məqalə

İstanbulun məşhur küçəsində partlayış olub –

Sonrakı məqalə

“Partlayışı törədənlər cəzalarını alacaqlar” –