Paşinyan Avropa İttifaqının xüsusi nümayəndəsi ilə delimitasiyanı müzakirə edib

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Görüş zamanı tərəflər regional vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Eyni zamanda, Paşinyan və Klaar Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını və sərhədlərin delimitasiyasını müzakirə ediblər.

Toivo Klaar bir daha qeyd edib ki, Aİ hərtərəfli və uzunmüddətli nizamlanma məqsədi ilə Ermənistan və Azərbaycan arasında aparılan danışıqlar prosesini, həmçinin 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında delimitasiya prosesinə başlamaq barədə razılaşmanı tam dəstəkləyir.

Əvvəlki məqalə

“Rusiya Qafqazda təhlükəsizlik üçün əsas ölkədir”

Sonrakı məqalə

Avropada isti havaya görə ölüm halları 30 faiz artıb