Paşinyan Azərbaycana 16 maddədən ibarət sülh sazişini imzalamağı təklif edir

Ermənistan hökuməti Azərbaycanı 16 maddədən ibarət sülh sazişi imzalamağı təklif edir. 

Azpost.info TASS-a istinadən bildirir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə çıxışında deyib.

“Biz 16 maddədən ibarət sülh müqaviləsi imzalamağı təklif edirik. Onların hamısının məzmunu razılaşdırılıb”, o qeyd edib.

Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan iki ölkə arasında mövcud olan bütün problemləri həll edəcək saziş imzalaya bilməzlər, ona görə də artıq razılaşdırılmış məsələlər üzrə imzalamaq lazımdır.

Əvvəlki məqalə

Lənkəranda 2 seçki məntəqəsində seçkinin nəticələri etibarsız sayılıb

Sonrakı məqalə

“Natiq Cəfərlinin müraciətinə baxılacaq, çox mədəni adamdır” –