Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Belarusa yola düşüb.
Azpost.info bildirir ki, düşmən ölkənin başçısı Minskdə Avrasiya İqtisadi İttifaqının hökümətlərarası Şurasının iclasında iştirak edəcək.
Rusiyanın Baş naziri Mixail Mişustin də tədbirə qatılacaq. Qurumudan yayılan rəsmi açıqlamada deyilir ki, Ermənistan, Belarus, Qazaxstan, Qırğızstan və Rusiya Avrasiya ittifaqının aktual məsələlərini müzakirə edəcəklər.