Paşinyan istefa vermək niyyətində olmadığını bildirib

14 Dekabr 2020 - 13:19

Ermənistanın Baş naziri Nikol Paşinyan istefa vermək niyyətində olmadığını bildirib.

 “RİA Novosti”nin verdiyi xəbərə görə, Baş nazir bildirib ki, istefa tələbi xalqın iradəsini əks etdirmir və o, öz vəzifəsinin icrasını davam etdirir. Paşinyan ailə üzvlərinin Ermənistanı tərk etməsinə dair KİV-də yayılmış məlumatları da təkzib edib.

Xatırladaq ki, bir aydan artıqdır Ermənistanda N. Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.