Paşinyan Kollektiv Təhlükəsizlik Təşkilatının sədri, prezident İmamoli Rahmona müraciət etdi

14 May 2021 - 16:41

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətdə olan sədri, Tacikstan prezidenti İmamoli Rahmona müraciət edib.

Azpost.info bildirir ki, Paşinyan Müqavilənin 2-ci maddəsinə əsasən üzv ölkələrə ekstren məsləhətləşmələrin keçirilməsini istəyib.

Paşinyan həmçinin digər üzv dövlətlərə də müraciət edib.

Azərbaycan Üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Ermənistanla sərhədin demarkasiyasını həyata keçirir. İrəvan bu prosesi pozmağa çalışaraq “dövlət sərhədinin pozulması” barədə hay-küy qaldırıb.

Hazırda Azərbaycan DSX ərazidə danışıqlar aparır.