Ermənistan Baş naziri Nikol Paşinyanla Qırğızıstan Prezidenti Sadır Japarov arasında telefon danışığı olub.
Bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan telefon danışığı zamanı oktyabrın 13-də Bişkekdə keçiriləcək MDB-nin sammitində iştirak edə bilməyəcəyini Sadır Japarovun diqqətinə çatdırıb.