Rusiya prezidenti Putinlə Ermənistanın Baş naziri Paşinyan arasında telefon danışığı olub.
Azpost.info bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.
Danışıqlar zamanı Putin və Paşinyan Qarabağdakı vəziyyəti müzakirə ediblər. “Danışıqların mövzusu münaqişə tərəflərinin atəşi dayandırmaq və böhranın deeskalasiyası üçün tədbirlər görmək imkanları olub”.