Paşinyan Putinlə görüşdü:"Regionun təhlükəsizliyində Rusiya açar rolunu oynayır"

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

“Rossiya 24” telekanalının verdiyi məlumata görə, görüş Kremldə baş tutub.

Görüşün protokol hissəsində V. Putin və N. Paşinyan çıxış ediblər.

Rusiya Prezidenti N. Paşinyanla mütəmadi telefon danışıqları apardığını vurğulayıb: “Əlbəttə ki, şəxsi görüşlər hər zaman məhsuldar keçir. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Formal və qeyri-formal danışıqlar aparacaq, birlikdə nahar edəcək və mövcud məsələləri müzakirə edəcəyik”.

V. Putin Rusiya-Ermənistan əməkdaşlığına dair əsas məsələləri, eləcə də regionda vəziyyətin nizamlanması barədə fikir mübadiləsi aparacaqlarını da vurğulayıb.

N. Paşinyan isə çıxışında Rusiya Prezidenti ilə dördüncü dəfə görüşdüyünü xatırladıb: “Bu, bizim münasibətlərin yüksək dinamikasından xəbər verir. Regionda, ümumilikdə dünyada dinamik proseslər gedir. Çox vacibdir ki, müttəfiqlər tez-tez görüşsünlər, danışsınlar”.

O qeyd edib ki, hələlik regionda vəziyyətin tam sabitləşməsindən danışmaq olmaz. Baş nazir əlavə edib ki, regionun təhlükəsizliyinin təmin olunmasında Rusiya açar rolunu oynayır: “Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Əlbəttə ki, bütün bunlar vacib məsələlərdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mahir Emrelinin 3-cü testinin cavabı məlum oldu

Sonrakı məqalə

Göygöldə it döyüşlərini təşkil edənlər saxlanıldı –