Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Paşinyan Qarabağ danışıqları ilə bağlı sənədləri açıqladı: Sarkisyan Putinə nə yazıb?

User 02 Dekabr 2025 - 16:38 (Last updated: 02 Dekabr 2025 - 17:31)
ilham ser sarksiyan

Ermənistan hökuməti “Qarabağ münaqişəsi danışıqlar prosesi ilə bağlı sənədlər”i dərc edib.

AzPost bildirir ki, bu qapalı sənədlər hökümətin rəsmi saytında yerləşdirilib.

Sənədlərlə bağlı şərhdə deyilir ki, bunlar 2020-ci ildən əvvəl baş verən danışıqlar prosesinə ümumi baxış təqdim edən Qarabağ münaqişəsi danışıqlar prosesi ilə bağlı dövlət qurumlarında saxlanılan bir sıra sənədləri əhatə edir.

Bu sənədlərdən biri aprel döyüşlərindən sonra Ermənistan prezidenti Serj Sərkisyanın Rusiya prezidenti Putinə yazdığı məktubdur.

Məktub 5 avqust 2016-cı ildə yazılıb.

Sənəddə Sərksiyan Moskvanı Qarabağ münaqişəsinin həlli üçün çalışmalarını tərifləyir. Bununla yanaşı Sərksiyan qeyd edir ki, həm Madrid Prinsipləri, həm də “Kazan sənədi” erməni tərəflərinin tələb və gözləntilərini tam ödəməsə də, müəyyən dərəcədə balanslaşdırılmışdı: “Azərbaycan Prezidenti bir daha həmsədr ölkələrin və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymadan Kazanda əvvəllər razılaşdırılmış dilə ondan çox düzəliş təqdim etdi. Bundan əlavə, Azərbaycan tərəflərin 2007-ci ildən bəri həmsədr ölkələrin vasitəçiliyi ilə üzərində işlədiyi Madrid Prinsiplərini də rədd etdi”.

Sərksiyan Putinə yazır ki, “Azərbaycanın “əvvəlcə ərazilər, sonra bütün digər məsələlər” formulu olduqca təhlükəlidir: “Onun tətbiqi o demək olardı ki, Azərbaycan istənilən mərhələdə özü üçün əhəmiyyətli risk yaratmadan nizamlama prosesini dayandıra bilər”.

2016-cı ilin may və iyun aylarında Vyana və Sankt-Peterburqda keçirilən Dağlıq Qarabağ sammitlərini xatırladan Sərksiyan qeyd edir ki,  bu görüşlər sülh prosesi üçün müəyyən ümidlər yaratmşdı: “Lakin Bakı son dərəcə kəskin mövqe tutaraq, hadisənin araşdırılması mexanizminin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səlahiyyətlərinin genişləndirilməsi və atəşkəsə riayət edilməsi barədə əldə edilmiş razılaşmaları həyata keçirməkdən imtina edib”.

Sənəddən mlum olur ki, Prezident Əliyevin Sankt-Peterburq sammitinin nəticələrinin şərhi Sarksiyanı narahat edib. Xatırldaq ki, prezident İlham Əliyev açıqlamasında beş, daha sonra daha iki rayonu təslim etmək barədə razılığa gəldiklərini,  yalnız bundan sonra bütün digər məsələlər müzakirə olunacağını demişdi.

Daha sonra Sarksiyan Putinə müraciətində XİN başçısı Sergey Lavrovun təqdim etdiyi ideyalarla bağlı mülahizələrini qeyd edib:  “Bizim üçün bu, Dağlıq Qarabağın “təhlükəsizlik zonası”nın (İşğal olunmuş 6 rayon nəzərdə tutulur-red) əhəmiyyətli dərəcədə azaldılması artıq hərbi güc balansının pozulmasına səbəb olardı. Əsl ərazi güzəşti yalnız həmsədr ölkələrin Dağlıq Qarabağın aralıq və yekun statusu ilə bağlı bəyanatı ilə kompensasiya edilə bilməz. Əslində, Azərbaycan Dağlıq Qarabağda gələcək referendum və ya Dağlıq Qarabağın ara statusu ilə bağlı heç bir açıq öhdəlik götürmür.

Əminəm ki, beş rayon əldə etdikdən sonra Azərbaycan daha da sərt olacaq. Aydındır ki, Bakı bu rayonları əldə etməklə Ermənistana hərbi və diplomatik təzyiqi artırmağa, daxili qanunvericiliyinə istinad edərək digər əraziləri geri almağa çalışaraq və Dağlıq Qarabağın yekun hüquqi statusu ilə bağlı qərar qəbul etməkdən imtina edəcək”.

Sərksiyan yazır ki, İlham Əliyev Dağlıq Qarabağ üçün aralıq statusun amorf versiyası və tamamilə qeyri-müəyyən referendum perspektivi müqabilində yalnız öz problemlərinin həllini tələb edir:  “Bir məsələ aydındır: Azərbaycan gələcək referendumu Azərbaycanın ərazi bütövlüyü çərçivəsinə salmaq üçün cidd cəhdlər göstərir. İlham Əliyev daim Dağlıq Qarabağda referendum keçirilməsinə maneə kimi Azərbaycan Konstitusiyasına istinad edir. Üstəlik Əliyev hətta uzaq gələcəkdə də referendum keçirmək ehtimalını istisna edib”.

Daha sonra Sarksiyan Putinə öz təkliflərini yazır.

Sarksiyan yazır ki, Dağlıq Qarabağ sül danışıqlarının bütün mərhələlərində iştirakını təmin edilməlidir. Dağlıq Qarabağın yekun hüquqi statusu müəyyən edilənə qədər Kəlbəcər və Laçın rayonlarının Dağlıq Qarabağın tam nəzarəti altında qalacağını bildirməlidr.

Yekun status müəyyən edilənə qədər Dağlıq Qarabağa “müvəqqəti status” veriləcəyini vurğulanmalıdır.

Sarkisyan yazır ki, 5 rayon Azərbayacan qaytarılmalı olsa “silahsızlaşdırılmış ərazi” kimi qalmalıdır.

Bu sənədləri oxuduqca Azərbaycan prezidenti İlham Əliyevin beynəlxaq təzyiqlər altında sona qədər dövlətin maraqları uğrunda mübarizəsinin şahidi oluruq.

Ermənistanın və digər vasitəçilərin isə Qarabağ münaqişəsində mövqeyi bir daha aydın olur.

İndi bu sənədlər artıq lazımsız kağıza çevrilib. Yalnız arxiv üçündür. Azərbaycan apardığı qalibiyyətli müharibə ilə öz ərazi bütövlüyünü tam bərpa edib.

 

 

AzPost.az

Post navigation

Previous: Ağıllı və zəkalı insanlar nə üçün daha çox qəzəblənirlər? –
Next: “Meydan” TV işi üzrə məhkəmə başlayır

Oxşar xəbərlər

tikinti
  • Baş Yazı

Tikinti layihələrinə nəzarət gücləndirilir – Yeni komissiya yaradıldı / SƏRƏNCAM

User 26 Oktyabr 2026 - 13:01
market
  • Baş Yazı

Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir?

User 25 Oktyabr 2026 - 16:20
Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00

xƏBƏR

qara deniz
  • Dünya

Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü

User 26 Oktyabr 2026 - 14:18
Qara dəniz ticarət gəmiçiliyi üçün dünyanın ən ölümcül dənizinə çevrilib. Financial Times qəzetinin dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış...
Read more about Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü
Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı zelenski
  • Dünya

Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı

User 26 Oktyabr 2026 - 14:08
Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər corek
  • Sosial

Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər

User 26 Oktyabr 2026 - 14:00
DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib yap sedr
  • Sosial

DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib

User 26 Oktyabr 2026 - 13:53
İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib ilham maratinos
  • Siyasət

İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

User 26 Oktyabr 2026 - 13:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.