Paşinyan Qarabağda 44 günlük müharibə ilə bağlı komissiyanın iclasına qatılacaq- Bu tarixdə

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda 44 günlük müharibənin vəziyyətinin araşdırılması üzrə müvəqqəti komissiyanın iclasında iştirak edəcək.

Azpost.info info xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Komissiya Baş nazirin dəvətə müsbət cavab verdiyini bildirib.

İclas iyunun 20-si saat 10:00-a təyin olunub.

Bundan əvvəl keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan, Baş Qərargahın keçmiş və indiki rəisləri Onik Qasparyan və Edvard Asryan və bir sıra digər rəsmi şəxslər komissiyada olublar və sualları cavablandırıblar.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib

Sonrakı məqalə

Qubad İbadoğlunun ADR Hərəkatı Naxçıvanda fəaliyyətini dayandırıb