Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Paşinyan Qarabağda separatçı rejimin ləğvindən danışdı –

User 10 Dekabr 2023 - 13:51 (Last updated: 21 May 2025 - 20:15)
paşinyan

Ermənistanın Baş naziri Paşinyan Qarabağda qondarma rejimin ləğvi prosesinin 2016-cı ildə Azərbaycanla aparılmış danışıqlar prosesində başlandığını bildirib. 

Azpost.info-nun məlumatına görə, Paşinyan bu barədə “Vətəndaş sazişi” Partiyasının təşəbbüs qrupunun İcevanda keçirilən iclasında danışıb.

“Dağlıq Qarabağ Respublikası”nın ləğvi 2016-cı ilin avqustunda aparılmış danışıqlar prosesində baş verən substantiv dəyişikliklər nəticəsində qaçılmaz oldu”-deyə Paşinyan vurğulayıb.

“Bizə miras qalmış danışıqlar prosesində qaçılmaz yol təkcə ərazilərin verilməsi  deyil, həm də Qarabağda yaradılmış dövlət nizamının ləğvi idi. Bu barədə birinci dəfə istintaq komissiyasında çıxışım zamanı çox ehtiyatla danışdım, ikinci dəfə daha açıq danışdım, bu yaxınlarda vətəndaşların suallarını cavablandırdım. İndi Qarabağdakı hadisələrdən sonra daha sərbəst danışa bilirəm”, – Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, bu mövzu heç vaxt müzakirə olunmayıb. Çünki müzakirə olunsaydı, o zaman xalqa 30 il ərzində ölkənin resursların mənasızcasına həll olunmayacaq problemə sərf edildiyini demək lazım idi: “Niyə bu həll olunmaz oldu? Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi. İndi bizi çox ittiham edirlər. Deyirlər ki, əvvəldən Qarabağın öz müqəddəratını təyinetmə məsələsi ilə məşğul olacağımızı vəd verdik, amma bunu etmədik. Problem ondadır ki, biz “öz müqəddəratını təyinetmə hüququnun” nə olduğunu anlamağa çalışdıq. 6 dekabr 1996-cı ildə Lissabon sammitində bizə dedilər ki, öz müqəddəratını təyinetmə hüququnun ən yüksək təzahürü Azərbaycan dövləti daxilində muxtar status ola bilər. Biz bu məntiqlə getdik. Bizim günahımız və ən böyük səhvimiz odur ki, 44 günlük müharibədən sonra xalqımızla bu mövzularda danışmağa başladıq”.

Paşinyan əlavə edib ki, bəzi qüvvələr Ermənistanda dövlət qurulmaması üçün Qarabağ məsələsindən istifadə edib.

Azpost.info

Post navigation

Previous: “Rusiyanın gələcəyi Ukraynadakı döyüşlərdən asılıdır” –
Next: “Bu il Azərbaycanın Avropaya qaz ixracı 12 milyard kubmetrə çatacaq” –

Oxşar xəbərlər

tdt bas katib yeni
  • Dünya

Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub

User 30 Oktyabr 2026 - 12:13
Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
qaz kemeri
  • Dünya

Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq

User 30 Oktyabr 2026 - 10:07

xƏBƏR

tdt bas katib yeni
  • Dünya

Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub

User 30 Oktyabr 2026 - 12:13
Türk Dövlətləri Təşkilatının yeni Baş katibi müəyyənləşib. Özbəkistanlı diplomat Mirvahid Əzimov TDT-nin yeni Baş katibi olub. Bundan...
Read more about Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub
Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı DIN
  • Kriminal

Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı

User 30 Oktyabr 2026 - 10:53
Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49
Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq qaz kemeri
  • Dünya

Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq

User 30 Oktyabr 2026 - 10:07
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.