Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Paşinyan Qarabağdakı ermənilərə status verilməyəcəyi ilə barışdı” –

User 23 May 2022 - 11:12 (Last updated: 21 May 2025 - 20:15)
pasinyan misel
Beləliklə, Aİ şurasının rəhbəri, Azərbaycan və Ermənistan liderləri arasında görüş başa çatdı.
Görüşün 5 saat davam etməsi vəziyyətin asan olmadığının, tərəflər arasında ciddi müzakirələrin, fikir mübadiləsinin aparıldığının göstəricisidir.
Məlum məsələdir ki, Azərbaycan və Ermənistan arasında İrəvanın Moskvadan siyasi – iqtisadi asıllığını, Hayastanın sərhədlərinin rus hərbçiləri tərəfindən qorunmasını və rus sülhməramlılarının Qarabağda olduqlarını nəzərə alaraq iki tərəf arasında sülh müqaviləsinin imzalanması və delimitasiya – demarkasiya haqqında yekun razılıq Avropa platformasında indiki vəziyyətdə və yaxın perspektivdə asan məsələ deyil. Lakin, hazırda vacib nyüanslardan biri Ermənistanda Paşinyanın mövqeyinin zəifləməməsi, onun bloku ilə dialoqun davam etdirilməsi nəticəsində Ermənistanı Türkiyə və Qərbə yaxınlaşdırmaqdır.
Görüşün yekunlarına dair onu demək olar ki, 1.yaxın günlərdə delimitasiya komissiyasının Azərbaycan-Ermənistan sərhədində görüşünün keçirilməsi barədə razılıq əldə edilib.
Xatırladım ki, may ayında İrəvan iki dəfə sərhəddəki görüşdən imtina etmişdi. Bu dəfə, Paşinyanın razılıq verməsi vadar olunması ilə bağlıdır. Delimitasiya- demarkasiya olduqca vacib məsələ olduğundan Brüssel platformasına Rusiya tərəfindən mütləq şəkildə qısqanclıqda yanaşılacaq. Koçaryan və onun komandasının sərhəddə ciddi təxribatlar törədəcəyi istisna deyil. Yeri gəlmişkən, biz aprel danışıqlarından sonra müntəzəm olaraq Kəlbəcərdə təxribatların şahidi olduq. Qarabağ klanının məqsədi Azərbaycan hərbçilərinin ermənilərin təxribatı nəticəsində mümkün irəliləməsi, bununla da Nikola qarşı çevriliş etmək ola bilərdi. Lakin, Bakı səbrli və soyuqqanlı davranaraq revanşistlərin istəklərini gözlərində qoydu.
2. Eyni zamanda, tərəflər naqliyyat əlaqəsinin açılmasının zəruriliyi ilə razılaşıb və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında, həmçinin Azərbaycan ərazisindən Ermənistanın ayrı-ayrı bölgələrinə və iki ölkənin kommunikasiya infrastrukturu ilə beynəlxalq daşımaların tranzitinin idarə olunması barədə əsas prinsiplər razılaşdırblar.
Güman edirəm ki, müzakirə predmeti Qərbi Zəngəzurda tranzit və kommunikasiyanında hansı qaydayla həyata keçirilməsi olacaq. Belə ki, məlum məsələdir beynəlxalq daşımalar, sərhədlərdə keçid məntəqələrinin xüsusiyyətləri, giriş (torpaq) haqqı, gömrük rüsumları, güzəştli kommunikasiya- nəqliyyat və sair kimi istiqamətlər iki tərəf hökumətlərinin görüşlərinin əsas mövzusu olacaq.
3. Liderlər Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh sazişinin müzakirələrini davam etdirmək üçün razılığa gəliblər.
Məlum məsələdir ki, sülh sazişi və sülh danışıqları uzunmüddətli prosesdir və tez bir şəkildə nəticənin əldə edilməsi gözlənilən deyil. Lakin, özü- özülüyündə görüşlərdə sülh ifadələrinin istifadəsi müsbət addımdır.
Görüşün əsas nəticəsi isə, sözsüz ki, Paşinyanın məğlubiyyətlə razılaşması və Qarabağ gündəliyinin səsləndirilməməsi ilə bağlı oldu. Bu kontekstdə, Avropa İttifaqı və Ermənistan Qarabağın dağlıq hissəsindəki ermənilərin “xalqların müqqədaratı, müstəqillik, siyasi status” kimi ifadələrdən imtina etdidildilər. Maksimum mədəni strukturlaşmadan söhbət gedə bilər. Bu isə, aydın məsələdir ki, reallıqda heçnədir.
Yuxarıda sadalananlar o deməkdir ki, hazırda Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklər – nəqliyyatın açılması, Qarabağda daxil olmaqla Azərbaycan sərhədlərinin tanınmasıdır. Bunun qarşılığında İrəvanın 30 ildən sonra azadlıq əldə etmək şansı yaranacaq. Düzdür, azadlıq dedikdə, qədim Azərbaycan torpaqlarının bir tərəfin siyasi diqtəsindən çıxaraq Bakının ağalığına tabe olması nəzərdə tutulur)
Beləliklə, Qərb platformasında səsləndirilən fikirlərin hər biri Azərbaycanın lehinədir .
 Zaur Məmmədov
Bakı Politoloqlar Klubunun sədri

Post navigation

Previous: “Hərbi gücümüzü artırmaqla məşğuluq, ABŞ bizi dəstəkləyir” –
Next: Ölkədə avtomobil üçün mühərrik yağları niyə bahalaşıb? –

Oxşar xəbərlər

Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı
  • Sosial

“Din, elm adı ilə antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat

User 03 Noyabr 2026 - 13:22
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 03 Noyabr 2026 - 12:50
ombudsman
  • Sosial

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

User 03 Noyabr 2026 - 12:28

xƏBƏR

Telefon
  • İqtisadiyyat

Azərbaycanda telefonların bazar payı 66 faizə yaxınlaşdı – Kompüterlər niyə geriləyir?

User 03 Noyabr 2026 - 13:34
Azərbaycanda elektronika bazarında istehlakçıların əsas seçimlərindən biri yenə də mobil telefonlar olub. Oktyabr ayında mobil cihazlar ölkənin...
Read more about Azərbaycanda telefonların bazar payı 66 faizə yaxınlaşdı – Kompüterlər niyə geriləyir?
“Din, elm adı ilə antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı
  • Sosial

“Din, elm adı ilə antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat

User 03 Noyabr 2026 - 13:22
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 03 Noyabr 2026 - 12:50
Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı haker hebs01
  • Baş Yazı

Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı

User 03 Noyabr 2026 - 12:33
Səbinə Əliyeva yenidən Ombudsman seçilib ombudsman
  • Sosial

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

User 03 Noyabr 2026 - 12:28
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.