Paşinyan Qarabağdan danışdı:“Prezident İlham Əliyev münaqişənin həllini istəyir”

 “Qarabağ münaqişəsinin həllini onun bütün tərəfləri istəməlidir”.

Azpost.info “Sputnik-Armenia”ya istinadən bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin hökumət saatında çıxışı zamanı deyib.

“Qərar bütün tərəflər üçün məqbul olmalıdır:  Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün”- deyə Paşinyan bir daha vurğulayıb.

“Azərbaycan Prezidenti ilə təmaslarda mən hiss edirəm ki, o, həmsədrlər kimi konstruktiv əhvala köklənib və məsələnin həllini istəyir”-deyə Paşinyan bildirib.

Paşinyan vurğulayıb ki, Ermənistan hakimiyyəti ilk növbədə Ermənistan və Qarabağ xalqlarının maraqlarını nəzərə almaqla danışıq aparmaq üçün vəkil edilib: “Heç kim bizi qorxuda və tələb edə bilməz ki, “düzgün şeylər” danışaq. Nə barədə lazımdırsa, o barədə də danışırıq”.

Baş Nazir Rusiya XİN rəhbəri Lavrovun münaqişənin mərhələli həlli üçün qarşılıqlı güzəştlər barədə bəyanatını şərh etməkdən imtina edib. Paşinyan deyib ki, bu barədə artıq mövqeyini bildirib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vilyam Hacıyevə verilən ittihamlar məlum olub

Sonrakı məqalə

Bağlanan dörd bank maliyyə məlumatlarını gizlədib? –