Paşinyan sabah Putinlə görüşə gedir

06 İyul 2021 - 17:56

Ermənistanın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan sabah Rusiyaya işgüzar səfərə gedəcək.

Azpost.info bildirir ki, bu barədə Ermənistan hökümətinin mətbuat xidməti məlumat yayıb.

Moskvada Paşinyan prezident Putinlə görüşəcək.

Tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il Üçtərəfli Bəyanatlarının icra prosesi müzakirə ediləcək.