İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Başsağlığı mətnində deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

Kamçatkada An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına səmimi qəlbdən başsağlığı verirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyan sabah Putinlə görüşə gedir

Sonrakı məqalə

Ermənilər Ağdamda hərbçimizi yaralayıb –