“Paşinyan sülh bağlamaq istəmir, Zəngəzura dəhliz vermir…”–

Tofiq Zülfüqarov
10 Avqust 2021 - 13:01

“Seçkilərdən sonra Paşinyan münaqişənin davam etdirilməsi strategiyasını seçib”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Sabiq nazir bu strategiyanın detallarını sıralayıb:

-Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir.

-Sülh müqaviləsini imzalamaq istəmir.

-Qarabağın ermənilərin məskunlaşdığı ərazilərinin ölkəmizdən ayrılması layihəsinin reallaşdırılmasını davam etdirmək niyyətindədir.

-Üçtərəfli Bəyanatın bir sıra öhdəliklərini icra etməkdən imtina edir:

-a)Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını:

b)Naxçıvanın Kərki kəndini və Qazaxın 7 kəndinin azad olunmasını:

v) Zəngəzurdan Naxçıvana Rusiya sərhəd qoşunlarının nəzarəti altında dəhliz verilməsindən imtina edir.

T.Zülfüqarovun sözlərinə görə, yürütmək istədiyi bu siyasətin ciddi risklərini nəzərə alaraq Paşinyan sərhəd boyu istənilən beynəlxalq strukturu yerləşdirmək və bununla Azərbaycanın mümkün cavab zərbələrinə qarşı “canlı qalxan” kimi istifadə etmək istəyir.

“Belə avanturist siyasətin nəticəsi ancaq Ermənistanın yeni məğlubiyətinə gətirəcək”.

Sabiq nazir deyib ki, Rusiya, ABŞ və Fransa 10 noyabr bəyanatında qeyd olunan öhdəliklərin alternativi olmadığını bəyan edib. Odur ki, Paşinyanın belə siyasəti Azərbaycana beynəlxalq hüquq çərçivəsində güc müstəvisindən çıxış etməyə imkan verir.