Ermənistanın Baş naziri Nikol Paşinyan Şuşanın Azərbaycan ordusu tərəfindən azad edilməsinin bəzi detallarını açıqlayıb.
Azpost.info bildirir ki, Baş nazir bu barədə 44 günlük müharibənin nəticələri ilə bağlı yaradılmış komissyanın iclasında deyib.
“Üçtərəfli Bəyanatın imzalamağımda Şuşanın süqutu həlledici rol oynadı. Burada əsas məslə Şuşanın süqutunun strateji qiyməti idi. Şuşanın itirilməsindən sonra Xankəndi zərbə altına düşdü. Ən əsası 25 minlik əsgər mühasirə təhlükəsi altına düşdülər”-deyə o bildirib.
Paşinyan deyib ki, Şuşanın müdafiəsinin təşkili üçün bütün lazım olan göstərişləri verib: “Belə təəssürat yaranırdı ki, lazım olan hər şey edilib. Amma hazırılıq hərəkətlərindən sonra məlumat gəldi ki, azərbaycanlılar Zarısılıda müdafiəni yarıblar və Laçın-Xankəndi yoluna çıxıblar. Beləliklə yolu bağlayıblar”.
Paşinyna deyib ki, bu xəbəri ona separatçı Xankəndi rejiminin “başçısı” Araik verib, amma Baş Qərargah bunu təsdiqləməyib: “Müharibə zamanı on dəfələrlə bu təkrarlanırdı. Azərbaycanlılar Laçın-Xankəndi yoluna çıxdıqdan sonra Şuşanın süqutu başlandı”.
Paşinyanın sözlərinə görə, bundan sonra rəqib qruplarının ard-arda Şuşaya giprmələri barədə dalbadal xəbərlər gəlməyə başladı: “Mən müdafiənin saxlanması barədə göstəriş verdim. Mənə məruzə etdilər ki, əməliyyat uğurla gedir, biz Şuşanın daxilindəyik. Üçtərəfli Bəyanatı imzalayan zaman mənə bildirdilər ki, Şuşanın bir hissəsi əlimizdədir”.
Üçtərəfli Saziş imzalandıqdan sonra noyabrın 9-dan 10-na Hökumət evinə hucum başlandı. Mən 1-2 gündən sonra tam qaydada işə çıxdıqda dedilər ki, Şuşa əldən gedib”-deyə Paşinyan qeyd edib.
Azpost.info