Paşinyan Türkiyə ilə dialoqu müzakirə etməyə hazır olduqlarını bildirib

Ermənistan hökuməti Türkiyədən dialoqun qurulması ilə bağlı gələn siqnalları müzakirə etməyə hazırdır.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bu barədə bu gün Nikol Paşinyan parlamentdə deputat Sarkis Xandanyanın sualını cavablandırarkən deyib.

Baş nazirin sözlərinə görə, artıq bir sıra beynəlxalq tərəfdaşlar İrəvan və Ankara arasında dialoqun qurulmasına yardım etməyə hazır olduqlarını bəyan edib.

N. Paşinyan qeyd edib ki, əgər dialoq başlayacaqsa, Ermənistan hökuməti təbii olaraq bu barədə vətəndaşlarını məlumatlandırmalıdır.

Xatırladaq ki, bundan əvvəl də N. Paşinyan Ermənistanın regionda sülhün bərqərar olması üçün Türkiyə tərəfindən bəzi müsbət siqnallar aldığını bildirib. O əlavə edib ki, onlar bu siqnalları qiymətləndirəcək, müsbət siqnallara müsbət siqnallarla cavab verəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 2064 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb

Sonrakı məqalə

Ermənistan radiosu Xankəndində yayımı dayandırdı: