“Paşinyan və Koçaryan ölüm-dirim davası aparır, böyük qarşıdurma olacaq” –

Ter-Petrosyan
16 İyun 2021 - 00:42

“Parlament seçkilərindən sonra Ermənistanı vətəndaş qarşıdurması gözləyir”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyaya müsahibəsində deyib.

Onun sözlərinə görə, siyasi qüvvələr arasında qarşıdurmanı, təhqiri və gərginliyi dayandırmaq üçün heç bir vasitə qalmayıb: “Bu hələ başlanğıcdır. Bu görünməmiş bir seçki kampaniyasıdır. Ermənistanda seçkilərdə heç vaxt belə nifrət və bu qədər təhqir olmayıb”. 

Petrosyan bildirib ki, bu gərginliyin nəticələri seçkidə və ondan sonra özünü göstərəcək. Onun sözlərinə görə, böyük maliyyə, inzibati və kriminal resurslara malik olan Paşinyan və Koçaryan qalib gəlmək üçün hər şeydən istifadə edəcək.

“Onlar üçün bu ölüm-dirim mübarizəsidir. Seçki zamanı toqquşmalar olacaq. Səsvermənin nəticələri elan olunduqdan sonra isə daha güclü toqquşmalar baş verəcək”.