Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.
Azpost.info xəbər verir ki, telefon söhbəti barədə Baş nazirin rəsmi saytında məlumat verilib.
Mətbuat xidmətinin məlumatına görə, Paşinyan bildirib ki, hazırda sərhəddə nisbətən sakitlik olsa da, ümumilikdə vəziyyət çox gərgin olaraq qalır.
Ermənistanın Baş naziri və Rusiya prezidenti Ermənistanın KTMT-yə müraciəti ilə bağlı qərarların icrası ilə bağlı məsələləri də müzakirə ediblər.
Azpost.info