Paşinyan və Şoyqu görüşdü:

“Biz konkret tapşırıqlarla gəlmişik”
21 Noyabr 2020 - 12:37

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqunu qəbul edib.

Azpost.info bildirir ki, Paşinyan bu səfəri mühüm səfər adlandırıb. Onun sözlərinə görə, müharibə dövründə Rusiyanın vasitəçilik səylərini daim hiss ediblər.

“Ümid edirəm, indiki ağır zamanda biz təhlükəsizlik və hərbi –texniki sahədə Rusiya ilə əməkdaşlığımızı dərinləşdirə biləcəyik”.

Paşinyan deyib ki, hazırda regionda başqa hərbi-siyasi vəziyyət yaranıb.

Şoyqu deyib ki, onlar konkret tapşırıqlarla gəliblər: “Qarabağda dinc həyatın qurulması üçün qarşıda böyük iş durur. Bizim tərəfdən əsas məsələ qan tökülməsinə imkan verməməkdir. Ali Baş komandan tərəfindən qarşımıza qoyulmuş bu tapşırığı yerinə yetirəcəyik”.

Şoyqu deyib ki, hərbi, və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə edəcəklər.