Paşinyan və Putin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.

Azpost.info xəbər verir ki, telefon söhbəti barədə Baş nazirin rəsmi saytında məlumat verilib.

Mətbuat xidmətinin məlumatına görə, Paşinyan bildirib ki, hazırda sərhəddə nisbətən sakitlik olsa da, ümumilikdə vəziyyət çox gərgin olaraq qalır.

Ermənistanın Baş naziri və Rusiya prezidenti Ermənistanın KTMT-yə müraciəti ilə bağlı qərarların icrası ilə bağlı məsələləri də müzakirə ediblər.

Azpost.info

Əvvəlki məqalə

Bu il Azərbaycanda narkotikə görə 5412 nəfər saxlanılıb

Sonrakı məqalə

Paşinyan Ermənistanın 135 hərbçisinin öldüyünü etiraf edib