Paşinyan Zəngəzurla bağlı Putinə zəng vurdu –

Kreml Üçtərəfli Bəyanata əməl etməyi tələb edir
14 May 2021 - 11:42

Rusiya prezidenti Putin Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Paşinyanla Zəngəzurda yaranmış vəziyyəti müzakirə edib.

Azpost.info bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. Putin atəşkəs rejiminə və Üçtərəfli Bəyanatın bütün müddəlarına ciddi əməl olunmasının mühüm olduğunu deyib.

Kreml bölgədə sabitliyin təmin edilməsi baxımından Bakı və İrəvan arasında təmaslar üçün vasitəçilik səylərini davam etdirəcəyini qeyd edib.

Paşinyan bütün problemlərin dinc, siyasi və diplomatik yollarla həll olunması üçün konstruktiv dialoqa tərəfdar olduğunu vurğulayıb.

Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistik əlaqələrin bərpa edilməsi məsələlərinə toxunulub.