Ermənistan Baş naziri Nikol Paşinyan və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələləri müzakirə edib, ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.
Həmsöhbətlər iki ölkə arasında yüksək səviyyədə əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.