“Buğdanı xaricdən aldığımıza görə bahalaşır, əkin tələbatı ödəmir”-EKSPERT RƏYİ

“Ölkəmizin ərzaq buğdasına olan tələbatı ödəmək üçün məhsuldarlığı artırmalıyıq. Amma Azərbaycanda cari ildə məhsuldarlıq son iki ilə nisbətən aşağı düşüb. Rusiya kimi geniş ərazimiz yoxdur ki, daha geniş ərazidə əkin əkməklə buğdaya olan tələbatı ödəyə bilək. Yəni ekstensiv yolla bu sahəni inkişaf etdirmək mümkün deyil”. 

Azpost.info bildirir ki, bu sözləri qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov bildirib.

Ekspertin fikrincə, əsas məsələ məhsuldarlığın artırılmasıdır: “Buğda idxalı həcminin azalması qiymətin kəskin bahalaşması ilə bağlıdır. Belə vəziyyətdə, idxalçılar buğda almağa o qədər də çox maliyyə resursu xərcləməyə risk etmir”.

Buğda istehsalı üzrə məhsuldarlığı artırmaq üçün isə həmsöhbətimiz Özbəkistan təcrübəsindən yararlanmağı məsləhət bilib: “Özbəkistan hektardan 49,5 sentner buğda götürüb. Azərbaycanda isə bu rəqəm cəmi 31 sentnerdir. Halbuki Azərbaycanın torpaq-iqlim şəraiti Özbəkistanda olduğundan daha münbitdir. Su resursumuz da daha çoxdur. Amma Azərbaycanda torpağın münbitliyinin bərpası istiqamətində demək olar ki, işlər aparılmır. Suvarma suyuna olan ehtiyac ödənilmir. Növbəli əkin sistemi yaradılmayıb. Bunun üçün də ciddi dövlət proqramı hazırlanmalı və bu zaman bacarıqlı mütəxəssisləri prosesə cəlb etmək lazımdır. Yeni, məhsuldar, isti-soyuğa dözümlü sortlar yaradılmalıdır. Seleksiya işləri daimi getməlidir”.

V. Məhərrəmovun fikrincə, işğaldan azad edilmiş ərazilərində əkin həyata keçirmək hesabına buğda idxalından aslılığı azalda bilərik: “İşğaldan azad olunmuş torpaqlarımız əsasən dağlıq ərazilər və örüş sahələrindən ibarətdir. Burada əkin sahələri çox az həcmdədir. Bu isə imkan vermir ki, həmin ərazilərdə buğda əkməklə ölkənin idxaldan asılılığını əhəmiyyətli dərəcədə azalda bilək”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyanla İran prezidenti danışdı

Sonrakı məqalə

Azərbaycanda ötən gün COVİD-də 273 yoluxma qeydə alınıb