“Pavel Durovun ölkədə saxlanması siyasi qərar deyil”.
Azpost.info BBC-yə istinadən bildirir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.
“Pavel Durovun həbsindən sonra Fransa haqqında yalan məlumat oxuyuram. Fransa ifadə azadlığına, innovasiyalara və sahibkarlığa həmişəkindən daha çox sadiqdir. Belə də olacaq”, – o bildirib.
“Qanunun aliliyi çərçivəsində real həyatda olduğu kimi sosial mediada da vətəndaşların müdafiəsi və onların əsas hüquqlarına hörmət edilməsi üçün qanunla müəyyən edilmiş çərçivədə azadlıqlar həyata keçirilir. Fransada Telegram rəhbərinin həbsi davam edən məhkəmə istintaqı çərçivəsində baş verib. Bu, heç bir halda siyasi qərar deyil. Qərar hakimlərindir”, – deyə o əlavə edib.