“Payızda koronavirusa yoluxma sayında yenidən artım olacağı gözlənilir” –

ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri
02 İyul 2021 - 12:58

“Koronavirusa yoluxma sayları azalıb, amma diqqət etməyimiz lazımdır”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, çünki sentyabr, oktyabr aylarında koronavirusa yoluxma saylarında yenidən artım olacağı gözlənilir: “Başqa ştammlar da ola bilər. ÜST olaraq daim bunları monitorinq edirik”.