Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Müsahibə

“Paytaxtı Xankəndinə köçürmək barədə də düşünmək lazımdır”

User 28 Mart 2025 - 17:05 (Last updated: 21 May 2025 - 20:15)
qudret bey

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Qüdrət bəy, Prezidentin və birinci vitse-prezidentin Qarabağa səfəri barədə təəssüratlarınızı bilmək istərdik…

– Qarabağda böyük bərpa – quruculuq işləri aparlır. Bunu seyr etmək çox fərəhləndiricidir. Şuşada qələbəmizin şərəfinə ucaldılan yeni məscid öz gözəlliyinə və arxitekturasına görə Şuşanın, Qarabağın simvoluna çevriləcək. Hazırda islam alimləri və din xadimləri islamda islahatlar barədə müzakirələrə başlayıblar. Bu təqdirəlayiq haldır. Çox istərdim ki, bu istiqamətdə biz daha da irəli gedək. Şuşa məscidində böyük elmi kitabxana, Şuşanın tarixi muzeyi, gənclərin nikahlarını qeydə aldırmaları üçün səadət sarayı yaradılsın, din xadimləri gənclərə xeyir-dua versin. Məscid yalnız ibadət yeri olmasın, dinimiz hüzn mərasimləri ilə assosiasiya olunmasın. Şuşa məscidi gənclərimizin hər gün üz tutduğu yer olsun. Mən vaxtilə Ağdamın paytaxt şəhəri kimi tikilməsini təklif etmişdim, bu qəbul olunmadı. Paytaxtı Xankəndinə köçürmək barədə də düşünmək lazımdır. Bu siyasi və iqtisadi səmərəlilik, Bakının yükünün azaldılması baxımından əhəmiyyətli olardı. İnanıram ki, nə vaxtsa bu baş verəcək.

– Qüdrət bəy, Qarabağda iş yerlərinin açılması baxımından görülən işləri yetərli sayırsınızmı?

– Müəyyən işlər görülür, amma hökumət xarici dövlətlərdən daha çox Azərbaycana investisiya qoyuluşu barədə düşünməli, daha əlverişli biznes mühiti, Ermənistanla sülhə, regional təhlükəsizliyə nail olmaqla, sərhədlərin, bu yolla yeni iş yerlərinin açılmasına çalışmalıdır. Regionun daha sıx iqtisadi inteqrasiyası və azad ümumi bazar yaradılması üçün təşəbbüslərlə çıxış etməliyik. Azərbaycan üzərindən Rusiyadan İrana qaz kəmərinin çəkilməsinə razılıq verdiyimizdən, tələb etməliyik ki, Rusiya və İran da Türkmənistandan Azərbaycana Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsinə mane olmasın.

Türkiyə və Azərbaycan Xəzərin dibi ilə dəmir və avtomobil yolunun çəkilməsi barədə müzakirələr açmalıdırlar. İqtisadiyyatın sürətli inkişafı üçün dövlət sektoru özəlləşdirilməli, bürokratik əngəllər aradan qaldırılmalı, qanunun aliliyinin təmin olunması istiqamətində əlavə işlər görülməlidir.

– Qüdrət bəy, Ukraynada müharibəyə son qoymaq üçün sülh danışıqlarının perspektivini necə görürsünüz?

– Rusiya özünə birləşdirdiyi Ukraynanın 4 regionunu tam işğal etməyənə qədər müharibə böyük ehtimalla davam edəcək. Bu işdə Tramp ona lazımı dəstəyi verəcək. Amma bu elə formada həyata keçiriləcək ki, Tramp vəzifəsini qoruya və gələcəkdə hakimiyyəti varisinə ötürə bilsin. Başqaları kimi Ukrayna da ABŞ ilə dostluğun ağır fəsadlarını yaşayacaq. Putin artıq təkcə Ukrayananı yox, NATO-nu da məğlub etməyin mümükünlüyünü görür. Ona görə də müharibəni indiki mərhələdə dayandırmayacaq, dəyərlər böhranı yaşayan, xəyanətə meylli kollektiv Qərbi diz çökdürəcək. Tramp ABŞ-nin rəqiblərindən çox, özünün siyasi rəqiblərinə nifrət edir, onlardan qisas almaq istəyir. Putin Trampdan Rusiyanın rəqiblərinə qarşı bütün istiqamətlərdə məharətlə istifadə edəcək.

Post navigation

Previous: Yazın ilk günlərində immuniteti gücləndirmənin SADƏ YOLU
Next: Pilot pasportunu götürmədi: təyyarə geri qayıtdı

Oxşar xəbərlər

ceyhun celilov
  • Müsahibə

“Naxçıvanda əsas çətinlik məşğulluqla bağlıdır”: “Sahibkarlıq məhdud inkişaf edib” –

User 05 Oktyabr 2026 - 22:36
hikmet musahibe paksitan
  • Müsahibə

Hikmət Hacıyev:

User 16 İyul 2026 - 11:22
Emin Əmrullayev
  • Müsahibə

“Müəllimlərin ehtiyaclarını anlamaq vacibdir”

User 22 İyun 2026 - 21:02

xƏBƏR

puti cin tramp
  • Dünya

Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb

User 25 Oktyabr 2026 - 15:06
Çində Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşünə hazırlıq başlayıb. Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə...
Read more about Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb
Yadplanetlilər həqiqətən varmı? uno yad planet
  • Maraqlı

Yadplanetlilər həqiqətən varmı?

User 25 Oktyabr 2026 - 15:00
Mahnı insanı illər əvvələ necə qaytarır? – Musiqi ilə yaddaş arasındakı maraqlı əlaqə mahni oxumaq
  • Maraqlı

Mahnı insanı illər əvvələ necə qaytarır? – Musiqi ilə yaddaş arasındakı maraqlı əlaqə

User 25 Oktyabr 2026 - 14:40
Kirayə ev tutanlar müqavilədə bu 6 məqama diqqət etsin! Müqavilə
  • Sosial

Kirayə ev tutanlar müqavilədə bu 6 məqama diqqət etsin!

User 25 Oktyabr 2026 - 14:20
Bank kartı ilə bağlı 7 səhv pul itkisinə səbəb ola bilər Kart
  • Maraqlı

Bank kartı ilə bağlı 7 səhv pul itkisinə səbəb ola bilər

User 25 Oktyabr 2026 - 14:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.