Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Pedaqoji Universitetdə oxu zalının və kitab sərgisinin açılışı olub

User 16 Oktyabr 2025 - 17:25 (Last updated: 16 Oktyabr 2025 - 17:44)
k01

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşəbbüsü ilə ali təhsil ocağının 3 saylı tədris korpusunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində yaradılmış oxu zalının və kitab sərgisinin açılışı olub.

AzPost bildirir ki, mərasimdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, müəllimlər və tələbələr iştirak ediblər.

ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqları salamlayaraq kitabın bilik mənbəyi kimi insan həyatında mühüm rol oynadığını vurğulayıb. Cəfər Cəfərov bu cür təşəbbüslərin tələbələr arasında kitab oxuma vərdişlərini daha da gücləndirəcəyini qeyd edib.

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov dünya üzrə kitab oxuma statistikalarına toxunaraq, inkişaf etmiş ölkələrdə mütaliəyə xüsusi önəm verildiyini bildirib, kitab oxuma səviyyəsinin cəmiyyətin intellektual potensialını artırdığını və elmi-texniki inkişafın əsas təməllərindən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, sərgidə universitetin professor-müəllim heyətinin son illərdə nəşr etdirdiyi kitablar, müstəqillik dövrü, o cümlədən 44 günlük Vətən müharibəsindən bəhs edən materiallar, ADPU -nun dörvi-elmi nəşrləri nümayiş etdirilir. Kiitabxana isə yenidən bərpa olunaraq elmi və bədii nəşrlərlə zənginləşdirilib.

Tələbələrin ixtiyarına verilən oxu zalında onların sakit və rahat mühitdə kitab, dövri mətbuat və digər materialları oxuması üçün bütün şərait yaradılıb.

 

AzPost.az

Post navigation

Previous: Son 9 ayda 155 yüksək vəzifəli məmur həbs olunub
Next: Şəhid və qazi ailələrinə “Qəhrəman şəhidlərimiz” kitabı təqdim edildi

Oxşar xəbərlər

leyla baqca01
  • Sosial

Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

User 26 Oktyabr 2026 - 22:44
kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.