Pekində iyun ayının əvvəlindən məktəb və uşaq bağçalarında tədricən dərslər bərpa olunacaq.
RİA Novosti xəbər verir ki, bu barədə çərşənbə günü Pekin hökumətinin sözçüsü Li İ mətbuat konfransında bildirib.
O, əlavə edib ki, iyunun 6-dan etibarən epidemioloji tələblərə riayət olunmaqla məzun tələbələr istəsələr dərslərə qayıda bilərlər.