Lukaşenko Pekində Si Cinpinlə görüşüb- Belarus lideri Çinin "sülh planı"nı dəstəkləyib

Pekində səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko ilə Çin lideri Si Cinpin arasında görüş başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Belarus prezidenti qeyd edib ki, ölkələr arasında əməkdaşlıq məhsulların rəqabət qabiliyyətinin artırılmasına kömək edəcək.

“Mən həm Belarusda, həm də Çində dəzgahqayırma, elektrik nəqliyyatı, kənd təsərrüfatı maşınları üçün hissələrin istehsalı sahəsində birgə müəssisələrin yaradılmasını təklif edirəm”, – o deyib.

Lukaşenko qeyd edib ki, belarus istehsalçıları Çin şirkətlərinin səriştələrini və texnologiyalarını, o cümlədən komponentlər bazasının formalaşdırılması, mühərriklərin, transmissiyaların və oxların istehsalının öyrənilməsində maraqlıdırlar.

Belarus lideri Ukraynadakı münaqişənin həlli ilə bağlı Çinin sülh planını dəstəkləyib. O bildirib ki, Si Cimpinlə görüş çox çətin vaxtda keçirilir, ona görə də qəbul edilən bütün qərarlar qlobal qarşıdurmanın qarşısını almağa yönəlməlidir.

Si Cinpindən əvvəl Lukaşenko Çin Xalq Respublikası Dövlət Şurasının baş naziri Li Ketsian, eləcə də Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Li Canşu ilə danışıqlar aparıb.

Azpost.info

Əvvəlki məqalə

“Sülh danışıqları ilə bağlı müxalifəti məlumatlandırın” –

Sonrakı məqalə

Prezident hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb