“Sülh danışıqları ilə bağlı müxalifəti məlumatlandırın” –Pənah Hüseyn hakimiyyətə müraciət etdi

Azərbaycanın sabiq Baş naziri, Xalq partiyasının sədri hakimiyyətə müraciət edərək müxalifəti sülh müqaviləsi ilə bağlı aparılan  danışıqlar barədə məlumatlandırmağı xahiş edib. 

Azpost.info bildirir ki, P.Hüseyn bu şərhi Rusiya XİN başçısı Sergey Lavrovun son açıqlamları ilə bağlıdır.

 

“Azərbaycan və Ermənistan arasında müharibə və sülh məsələlərində müxalifətin hökumətə etimad faktorunu uğur üçün zəruri hesab edirəm. Özüm indiki situasiyada Azərbaycan hakimiyyəti və onun liderinin bu sahədə fəaliyyətinə ümumən və əsasən etimad mövqeyindəyəm”-deyə bildirən P.Hüseyn qeyd edib ki, bununla yanaşı müxalifətin proseslərdən xəbərdar olma haqqı da var:  “Cəmiyyətin, həmçinin müxalifətin sülh müqaviləsi danışıqlarından mümkün sayılan həddə xəbərdar olma hüququ var.  Onların tam təcrid olunması, tam informasiyasızlığı zərərlidir və ciddi ziyan vura bilər. Lavrovun səfərindən sonra bu problem aydın görünür“-deyə sabiq Baş nazir bildirib.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunu qəbul edib

Sonrakı məqalə

Lukaşenko Pekində Si Cinpinlə görüşüb