Pentaqon rəhbəri İrana zərbə endirə biləcəklərini istisna etməyib

ABŞ Müdafiə naziri Mark Esper İraqdakı Əl-Taci hərbi bazasının atəşə tutulmasına cavab olaraq İrana zərbə vurma ehtimalını istisna etməyib. 

TASS-ın verdiyi xəbərə görə, Esper jurnalistlərə bildirib ki, ABŞ prezidenti Donald Tramp Pentaqona cavab vermək icazəsini verib: “Prezidentlə danışdım. O, mənə göstərişlərinə uyğun olaraq, lazım olanı etmək səlahiyyətini verdi”.

Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri general Kennet Maqkenze bildirmişdi ki, koalisiya qoşunlarının yerləşdiyi İraqdakı Et-Taci hərbi bazasına raket hücumunun məsuliyyəti, çox güman ki, şiə qruplarının üzərinə düşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi açıqlandı

Sonrakı məqalə

Xamneyinin müşaviri Əli Əkbər Vilayəti koronavirusa yoluxdu –