Pentaqon “Terminator”lara qarşı –Süni intellekt nüvə müharibəsi törədə bilər

“Süni intellektin nüvə silahına nəzarətdə iştirakı nüvə müharibəsinin səbəbi ola bilər”.

Azpost.info bildirir ki, bu barədə Pentaqon rəhbərinin sabiq müavini Robert Uork deyib.

“Breaking Defense” nəşrinin yazdığına görə, süni intellekt nüvə raketlərini müəyyən edilmiş parametrlər və göstəricilər çərçivəsində buraxır. Bu zaman müəyyən şərtlər daxilində sistem təhlükə doğurmayan faktorları təhlükə kimi qeydə alaraq reaksiya verə bilər.

Uorkun sözlərinə görə, Rusiyanın “Perimetr” sistemi seysimik aktivliyi nüvə partlayışı kimi qeydə alaraq qərargaha müvafiq sorğu göndərə bilər. Əgər cavab almasa qitələrarası ballsitik raketləri buraxa bilər.

Onun fikrincə, süni intellektin hərbi mqəsədlər üçün kəşfiyyat məlumatlarıının analizində istifadəsi də təhlükəlidir.  Uork deyib ki, süni intellektin tətbiqi məhdud olmalı və nüvə silahına aid edilməməlidir: “Əks təqdirdə bu fəlakətli ssenariyə gətirib çıxaracaq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Fotoxronika”-

Sonrakı məqalə

General Ramiz Zeynalovun qohumunu qətlə yetirən şəxs tutuldu