Yeddi ayda Azərbaycana bir milyondan çox əcnəbi gəlib –Nə qədər pul xərcləyiblər?

Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 187 ölkəsindən 1.777,4 min və ya 2018-ci ilin analoji dövrü ilə müqayisədə 7,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn bildirib ki, bu ilin iyul ayında ölkəyə gələn xarici vətəndaşların sayının 10,6 faiz artması həmin şəxslərin bank kartları vasitəsilə xərcləmələrində də artıma səbəb olub: “Bu ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatlar 134,6 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 7 faiz çoxdur. Ümumilikdə isə 2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 725,4 mln. manat təşkil edib”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-ın sabiq dövlət katibi:

Sonrakı məqalə

“Fotoxronika”-