“Dünyada üç fövqəldövlət var – ABŞ, Çin və Rusiya”.
Azpost.info TASS-a istinadən bildirir ki, bu sözləri ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəislərinin sədri general Mark Milli Müdafiə Universitetində çıxışı zamanı bildirib.
“İndi getdikcə daha aydın olur ki, biz həqiqətən də ən azı üç fövqəldövlətin – ABŞ, Çin və Rusiyanın olduğu çoxqütblü beynəlxalq mühitdəyik” deyə Pentaqonun yüksək rütbəli generalı vurğulayıb.
Onun sözlərinə görə, yaxın onilliklərdə dünya çoxqütblüliyə keçidlə bağlı ciddi böhranlarla üzləşə bilər. Milli həmçinin xatırladıb ki, “soyuq müharibə” zamanı söhbət iki fövqəldövlət – SSRİ və ABŞ arasında qarşıdurmadan gedirdi. Sovet İttifaqı dağılandan sonra ABŞ 10-15 il ərzində yeganə supergüc olaraq qaldı.
